...

Deputat: Azərbaycan hökuməti unun qiymətinin qalxması məsələsinə kompleks yanaşmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 16:37 (UTC +04:00)
Deputat: Azərbaycan hökuməti unun qiymətinin qalxması məsələsinə kompleks yanaşmalıdır

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan hökuməti unun və un məmulatlarının qiymətinin qalxması məsələsinə kompleks yanaşmalıdır, ölkə parlamentinin iqtisadi siyasət üzrə daimi komissiyasının üzvü, deputat Əli Məsimov çərşənbə axşamı bilidirib.

Məsimovun sözlərinə görə, ölkədə çörəyin qiymətinin qalxması ilk növbdə, statistik məlumatlara görə əhalinin 20%-ni təşkil edən yoxsul təbəqəqə təsir göstərir.

"Hökumət üç əsas istiqamətdə iş aparmalıdır - qiymətlərin, istehlakçı təhlükəsizliyinin və aztəminatlıların vəziyyətinin nizamlanması istiqamətində islahatlar" - deyə o bildirib. Çörəyin qiymətinin qalxması ətrafında vəziyyətin inkişafı proqnozları barədə danışaraq o bildirib ki, üç variant ola bilər:

-çörəyin qiymətinin artımı,

-çörəyin çəkisinin azalması,

-hökumətin qiymətlər və çörəyin çəkisi üzərinə ciddi nəzarəti.

Məsimov qeyd edib ki, Azərbaycan əhalisi üçün çörək psixoloji ekvivalentdir və çörəyin qiymətinin artması digər taxıl məhsullarına da təsir göstərəcək.

"Azərbaycanın taxıla olan illik ehtiyacının 3 mln. ton təşkil etdiyini və bu rəqəmin 1 mln. tonunun idxalın payına düşdüyünü nəzərə alsaq, ixracatçı ölkələrdə baş verən proseslərin Azərbaycana təsiri qaçılmazdır" - deyə o bildirib.

Azərbaycan taxılı əsasən Rusiyadan və Qazaxıstandan idxal edir. Son həftə ərzində məhsuldarlığın aşağı olması səbəbindən Rusiyada taxılın qiyməti artıb.

Azərbaycanda çörəyin qiyməti 0,3 manatdır, son həftələr ərzində ölkənin bir sıra rayonlarında çörəyin qiyməti 50% artıb.

Xəbər lenti

Xəbər lenti