Azərbaycan, Bakı / Trend / Gəncə Avtomobil Zavodu ilə Rusiyanın Ulyanovsk Avtomobil Zavodu (UAZ) arasında respublikada UAZ markalı avtomobillərin yığılması və satışı ilə bağlı qarşılıqlı öhdəliklərin bərpasına dair anlaşma əldə edilib. Anlaşmanın təşəbbüskarı UAZ olub. Bu barədə çərşənbə günü Gəncə zavodunun rəhbəri Xanlar Fətiyev məlumat verib.
Anlaşmaya əsasən, Azərbaycanda UAZ avtomobillərinin yığılması və satışı bərpa ediləcək.
Fətiyevin sözlərinə görə, qarşılıqlı fayda şərtləri əsasında bu müqavilə 2008-ci ildə də uzadıla bilər.