...

Baş direktorun müavini: AZAL hələ ki, AH-140 təyyarələrini Samara aviazavoduna satmağa hazırlaşmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Çərşənbə axşamı AZAL-ın baş direktorunun birinci müavini Sabir İlyasovun verdiyi məlumata görə, AZAL Dövlət Konserni (DK, Azərbaycan) və Xarkov Dövlət Aviasiya İstehsalat Müəssisəsi arasında mövcud problemlərin həllinə qədər AH-140 təyyarələri ilə bağlı heç bir əməliyyat həyata keçirilməyəcək.

Ukrayna zavodunun baş direktoru vəzifəsini icra edən Sergey Zadorojnının sözlərinə görə, AZAL-ın və Samara zavodunun (Rusiya) rəhbərliyi ilə danışıqlar aparılıb. Danışıqlar zamanı qərar qəbul olunub ki , bu qərara əsasən, Samara aviazavodu Xarkov Dövlət Aviasiya İstehsalat Müəssisəsindən konsern üçün istehsal olunmuş AH-140 təyyarəsini alacaq.

2005-ci il dekabrın 23-də Azərbaycanda AZAL-ın Xarkov Dövlət Aviasiya İstehsalat Müəssisəsindən aldığı AH- 140-100 təyyarələrindən birinin qəzaya uğraması nəticəsində insan tələfatı baş verib. Qəzanın səbəblərinin müəyyən edilməsinə qədər AZAL AH-140-100 təyyarələrinin alışını və istismarını dayandırıb.

Hazırda AZAL-ın Xarkov Dövlət Aviasiya İstehsalat Müəssisəsi ilə barəsində müqavilə imzaladığı AH-140 tipli digər təyyarələr Ukrayna zavodunda saxlanılır.

"Bu səbəbdən də təyyarələrin gələcək taleyi, xüsusilə onların mümkün olan yenidən satışı gələcəyin məsələsidir" - deyə İlyasov bildirib.

AH-140-100 tipli təyyarələr 2004-cü il iyulun 8-də AZAL və Xarkov Dövlət Aviasiya İstehsalat Müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən əldə olunub.

Müqavilə heyətin texniki-uçuş üzrə təlimini və təyyarələrə texniki dəstəyin göstərilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 36,4 mln. dollar təşkil edib (dörd təyyarədən hər biri üçün 9,1 mln. dollar).

Xəbər lenti

Xəbər lenti