...

Qazaxıstanda neftçilərə qarşı cinayət işi qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 14:09 (UTC +04:00)

Qazaxıstan, Astana /müx. Trend K. Konırova/ Qazaxıstan Respublikası Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Atırau vilayətinin Gömrük Nəzarəti Departamentinin əməkdaşları Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 214.1 maddəsi ilə (gömrük ödənişlərindən və rüsumlarından yayınma) "Ajip Kazakhıstan Nort Caspian Operating Company" şirkətinin vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırıb.

Prez-relizdə bildirilir ki, cinayət işi Rusiyadan Qazaxıstana tikişsiz polad boruların daşınması zamanı 21 927 006 təngə məbləğində gömrük ödənişləri və rüsumlarından dəfələrlə yayınma faktı əsasında qaldırılıb.

Xəbər lenti

Xəbər lenti