...

AİB Azərbaycanın bank sektoru ilə əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2007 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Asiya İnkişaf Bankı (AİB) avqustun sonuna kimi Azərbaycan bankları ilə konkret layihələr üzrə məsləhətləşmələri yekunlaşdırmaq niyyətindədir. Bu barədə AİB-in Bakı ofisinin rəhbərinin səlahiyyətlərini icra edən Filipp Çanq məlumat verib. "Danışıqlar iri banklarla aparılır. Danışıqlar bitdikdən sonra bankların adlarını açıqlamaq mümkün olacaq. Bankların özləri maraq göstərsələr və onların strategiyasına uyğun olsa, AİB-in həm də səhmdar rolunda çıxış etməsi imkanlarının nəzərdən keçirilməsi istisna deyil" - deyə Çanq bildirib.

Anlaşmaların həyata keçirilməsi nəticəsində Azərbaycanın bank sektoru üzrə portfelin həcmi ilin sonuna kimi indiki $15 mln.-dan $120 mln.-dək olacaq. Bu gün AİB "AzerigazBank", "Bank Respublika" və Azərbaycanın Mikromaliyyələşdirmə Bankı ilə kredit xətləri çərçivəsində aktiv işləyir.

Xəbər lenti

Xəbər lenti