...

"AtaHolding"in adlı səhmlərinin emissiya prospekti qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AtaHolding" ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir. Emissiyanın həcmi 10 mln. manat təşkil edir, bir səhmin nominal dəyəri isə 2 manatdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda "AtaBank" ASC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti