...

Nazir müavini: Azərbaycan ilin sonuna kimi ÜTT-nin işçi qrupu ilə danışıqların növbəti mərhələsinə güvənə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2007 17:14 (UTC +04:00)
Nazir müavini: Azərbaycan ilin sonuna kimi ÜTT-nin işçi qrupu ilə danışıqların növbəti mərhələsinə güvənə bilər

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Azərbaycan qanunvericiliyinə dəyişikliklərin irəli çəkilməsi Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) işçi qrupu ilə 2007-ci ilin sonunadək (güman ki, dekabrda) danışıqların növbəti mərhələsinin keçiriləcəyinə əsas verir. Bunu cümə axşamı danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinin ÜTT-in tələblərinə uyğunlaşma prosesinin də ilin sonuna kimi yekunlaşacağı gözlənilir.

Hazırda ÜTT üzvlərinin suallarının cavablandırılmasının təkmilləşdirilməsi istiqamətində aktiv iş aparılır. "ÜTT katibliyinə artıq servislər üzrə təkliflər göndərilib və bu gün mallarla bağlı təkliflər üzərində iş aparılır" - deyə Məmmədquliyev bildirib.

ÜTT-yə qəbulla bağlı Azərbaycanın danışıqlar qrupu iyunun 21-də Cenevrədə işçi qrupunun qeyri-formal görüşünü keçirib. Ölkədə ticarət rejiminin aydınlaşdırılması üçün quruma daxil olan ölkələrin ekspertləri ətraflı cavabın verilməsinə təkid edirlər. Onlar hesab edir ki, Azərbaycan tərəfi verilən 100 sualdan 7-10 suala müvafiq cavablar vermir. Bunlar dövlət tərəfindən nəzarət olunan qiymətlər, vergi və gömrük məsələləridir.

Bu vaxtadək Azərbaycan ÜTT ilə dörd görüş keçirib. İlk iki görüş xarici ticarət rejiminin müzakirəsinə həsr edilmişdir. 2005-ci ildən etibarən isə sonuncu iki görüşdə ölkə genişmiqyaslı danışıqlara başlayıb. İkitərəfli danışıqlar Azərbaycanın mallar və xidmətlər bazarına çıxışla bağlı aparılır. Çoxtərəfli danışıqlarda isə kənd təsərrüfatının daxildən dəstəklənməsi və bu sahədə ixrac subsidiyaları müzakirə olunur.

1997-ci ildən Azərbaycan ÜTT-də müşahidəçi qismində təmsil olunur.

Xəbər lenti

Xəbər lenti