...

Şəkidə səhiyyə sistemində islahatlar aparılması layihəsinin monitorinqi aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliev / Avqustun 8-dən 86 milyon dollar dəyərində olan səhiyyə sistemində islahatların aparılması lahiyəsinin bir illik monitorinqini aparan isçi qrupu Şəkidədir.

"Kredit Lahiyələrinin Monitorinqi Prosesinin Instituonallaşdırılmasi" lahiyəsini icra edən  Ictimai Vəsaitin Monitorinqi Mərkəzinin işçi qrupunun üzvü Ibrahim Rzayevin bildirdiyinə görə, məqsəd Dünya Bankının 2006 - 2012-ci illər Azərbaycanda səhiyyə islahatlarının aparılması proqramı çərçivəsində ötən vaxt ərzində mariflənmə sahəsində görülən işlərin monitorinqini aparmaqdan ibarətdir. O, 86 milyon dollardan artıq olan lahiyənin, 50 milyon dollarının Dünya Bankı, 26 milyon dollardan bir az artığını Azərbaycan hökumətinin, 8 milyon dollarının ABŞ İnkişaf Agentliyinin, 2 milyon dollarinin Ümumdünya Səhiyyə Təşkilatının verdiyini qeyd edib. İşçi qrupunun üzvü lahiyənin həyata keçməsi üçün 5 pilot rayonun, Abşeron, Şəki, Qax, Ismayıllı və Ağdaş rayonlarının seçildiyini və monitorinqin Ismayıllı rayonundan sonra Şəkidə aparıldığını, növbəti rayonun isə Absheron olduğunu bildirib. İşçi qrupun digər üzvü Fuad Cəfərlinin sözlərinə görə Şəkidə lahiyənin həyata keçirilməsində məqsəd ictimaiyyəti səhiyyə islahatları və səhiyyə işinin yaxşılaşdırılması istiqamətində məlumatlandırmaqdan ibarətdir. Pilot rayonlarda monitorinqlər oktyabra qədər davam edəcək.

Şəki Bakıdan 320 km şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti