...

İlin ilk yarısında Azərbaycanla Belarus arasında mal dövriyyəsi ötən ilin göstəricisinə bərabər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / 2007-ci ilin ilk yarısında Azərbaycanla Belarus arasında mal dövriyyəsinin həcmi $41,5 mln. təşkil edib. Bu, 2006-ci ilin müvafiq göstəricisindən artıqdır. Əgər 2006-cı ildə mal dövriyyəsinin ümumi həcmi $35 mln. idisə, artıq bu ilin ilk yarısında kifayət qədər artım müşahidə olunur. Bu sözləri cümə günü Belarusun Azərbaycandakı səfirliyinin müşaviri Kiril Kamışev deyib .

Ölkələr arasında əsasən yüksək texnoloji mallarla bağlı ticarət gedir. Bu, ilk növbədə maşınqayırma, elektrotexnika, ağac emalı və farmaseptik sahənin malları, habelə yeyinti seqmentinin mallarıdır. Diplomatın sözlərinə görə, Azərbaycandan isə Belarus meyvə-tərəvəz şirəsi, tütün, pambıq, parçalar, elektrotexnik mallar idxal edir.

İki ölkə arasındakı mal dövriyyəsinin artmasına Azərbaycan və Belarus prezidentlərinin rəsmi səfərləri zamanı keçirilən biznes-forum və Belarus mallarının milli sərgisi böyük təsir göstərib.

Kamışevin bildirdiyinə görə, bu cür tədbirlər 2009-cu ildə də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti