...

Əmək Nazirliyi Azərbaycanın üç rayonunda əmək yarmarkası keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avqustun 10-da respublikanın üç rayonunda növbəti əmək yarmarkaları keçirib. Nazirliyin Baş Məşğulluq İdarəsindən verilən məlumata görə, yarmarkalar Lənkəran, Siyəzən və Qusar rayonlarında keçirilib.

Yarmarka nəticəsində Siyəzəndə 56 nəfər işlə təmin olunub. İşəgötürənlərin - təşkilatların sayı 20, vakant iş yerlərinin sayı isə 183 olub. 12 nəfər ixtisaslaşmış hazırlıq kurslarına göndərilib.

Lənkəranda 259 nəfər işə götürülüb, 24 nəfər kursa göndərilib, 20 nəfər isə ödənişli ictimai işlərə cəlb olunub. Yarmarkada iştirak edən şirkətlərıin sayı 55, vakant iş yerlərinin sayı isə 666 olub.

Qusarda yarmarka 299 vakant yerlə 19 şirkətin iştirakı ilə keçirilib. 49 nəfər işə qəbul olunub. 20 nəfər hazırlıq kurslarına göndərilib.

İlin əvvəlindən Əmək Nazirliyinin Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycan rayonlarında keçirdiyi 18 yarmarka nəticəsində 1440 nəfər işə qəbul olunub. 181 nəfər hazırlıq kurslarına göndərilib, 135 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. Yarmarkalarda iştirak edən 582 iştirakçı şirkət tərəfindən 5921 vakant yer təklif olunub.

Növbəti yarmarka avqustun 15-i Goranboyda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti