...

"Sirab" ASC mineral su istehsalını artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir E.Məmmədov/ Hazırda "Sirab" zavodunda saatda 6 min butulka mineral su buraxacaq yeni xətt quraşdırılır. Müəssisədən verilən məlumatda bildirilir ki, Rusiya və Türkiyədən gətirilmiş avadanlıqları elə həmin ölkələrdən gəlmiş mütəxəssislər quraşdırır. Yeni istehsal xətti istifadəyə verildikdən sonra "Sirab" ABŞ, Ukrayna və İtaliyaya da ixrac ediləcək.

"Sirab" suyu artıq Türkiyə, Qazsaxıstan və İrana göndərilir. Müxtəlif tutumlu plastik və şüşə qablarda istehsal olunan "Sirab" istehsal sexlərindəki laboratoriyalarda suyun minerallıq dərəcəsi, qələviliyi və ümumi analizləri yoxlanıldıqdan sonra məhsulun istehsalına imkan verilir.

Gün ərzində "Sirab" ASC-də 22-25 min butulka mineral su istehsal olunur.

Xəbər lenti

Xəbər lenti