...

İran Azərbaycanın taxıl bazarına daxil olmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2007 15:37 (UTC +04:00)

İran Azərbaycana sınaq üçün 100 ton həcmində ilk taxıl partiyası göndərib. Bu barədə "IranMaina" agentliyi xəbər verir. Bakıda aparılan laboratoriya yoxlamaları zamanı Azərbaycana digər ölkələrdən gətirilən taxılla müqayisədə İran taxılının yüksək keyfiyyətini müəyyən edilib.

İran 2004-cü ildə özünü taxılla tam təmin etməyə nail olandan sonra, münətəzm ixracatçı qismində çıxış etmək barədə vaxtaşırı olaraq planlarını bildirir. Azərbaycanın taxıl bazarına daxil olmaq cəhdi də ilk bu cür addımlardandır.

Lakin çətin ki, İran Rusiyaya layiqli rəqib ola bilsin. 2006-cı ildə Azərbaycan təqribən 1,1 mln. ton taxıl idxal edib ki, bunun da 648 min tonu (59%) Rusiyanın payına düşür. 2007/08-ci il mövsümündə Azərbaycanın idxal tələbatının təqribən 700 min ton olacağı gözlənilir. İranın ixrac imkanları isə hələlik 50 min ton civarında qiymətləndirilir.

İranın gələcək planlarında özünü düyü və arpa ilə təmin etmək perspektivi durur.

Xəbər lenti

Xəbər lenti