...

Bərdə rayonunda daşınmaz əmlakın qiyməti ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda bağ evlərinin və torpaq sahəsinin qiyməti 20 faizə qədər ucuzlaşıb.

Bərdə rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Yaşar Zamanovun sözlərinə görə, iyul ayına qədər 1 sot torpaq sahəsinin qiyməti 1000-1200 dollara bərabər olubsa, hazırda bu qiymət 700-800 dollardır. Bundan başqa, şəhərin mərkəzində 120 kv metrlik bag evi əvvəllər 30 min dollar dəyərində qiymətləndirilirdisə, indi bu 25 min dollara bərabərdir.

Zamanov qiymətlərin bu qədər enməsinin səbəbinin tələbatın az olması ilə yanaşı, alıcılıq qabiliyyətinin də azalması ilə əlaqədar olduğunu bildirib. Evlərin qiymətinin sentyabr ayından sonra yenidən artması gözlənilir.

Xəbər lenti

Xəbər lenti