...

Azərbaycanla Qətər birgə biznes-şurası yaradırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2007 16:36 (UTC +04:00)
Azərbaycanla Qətər birgə biznes-şurası yaradırlar

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Azərbaycanla Qətər birgə biznes-şurasının yaradılmasına dair razılığa gəliblər. Bu barədə saziş çərşənbə axşamı Bakıda Qətərin emiri Hamad bin Xəlifə al Taninin səfəri zamanı imzalanıb.

Azərbayca və Qətər ticarət-sənaye palataları arasındakı qarşılıqlı anlaşma haqda Memorandum imzalanıb. Tərəflər hava daşımaları haqda hökumətlərarası saziş, habelə ikili vergitutma və vergilərdən yayınma hallarının qarşısının alınmasına dair saziş imzalanıb. İki ölkənin hökumətləri həmçinin Azərbaycanla Qətər arasında qarşılıqlı investisiyaların təşviqi və qorunmasına dair hökumətlərarası saziş imzalayıblar.

Sənədlərin imzalanmasından öncə bu gün Azərbaycan prezidenti İlham Əliyevin şeyx Hamad bin Xalid al Tani ilə təkbətək görüşü keçirilib. Tərəflər Azərbaycanla Qətər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Dövlət başçısının səfər proqramına ölkə iqtisadiyyatı ilə tanışlıq, paytaxtın görkəmli yerlərinə getmək kimi məsələlər daxildir.

Emirin səfəri cavab səfəridir. 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Qətərdə rəsmi səfərdə olub.

Xəbər lenti

Xəbər lenti