...

Azərbaycan Auditorlar Palatasının nümayəndələri Avropa Mühasib və Auditorlar Federasiyasının ekspert qrupuna üzv seçiliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Auditorlar Palatasının nümayəndələri Avropa Mühasib və Auditorlar Federasiyasının ekspert qrupuna üzv seçiliblər. Bu barədə rəsmi mətbuatda məlumat yer alıb.

Federasiyanın qərarına əsasən, Azərbaycan Auditorlar Palatası aparatının rəhbəri Qəşəm Bayramov strukturun maliyyə-təsərrüfat şöbəsinin direktoru, auditor Vəli Rəhimov isə ekspert qrupunun üzvü seçilib.

Tədbirlər proqramı qurum üzvlərinə oktyabr ayında sədr şurasının toplantısından sonra göndəriləcək.

Azərbaycan Auditorlar Palatasının rəhbəri Vahid Novruzovun bildirdiyinə görə, Azərbaycan Auditorlar Palatasının əməkdaşlarının federasiyanın ekspert qrupuna üzv seçilməsi palatanın beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət göstərəcək.

Xəbər lenti

Xəbər lenti