Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Əhalinin sosial müdafiəsi fondu Masallı rayonunda bölmənin inzibati binasının tikintisinə dair açıq tender elan edib. Bu barədə rəsmi mətbuatda məlumat yer alıb.
Tenderdə iştirakın qiyməti 100 manatdır. Tikinti işləri ilin sonuna kimi davam edəcək.
Namizədlər sənədləri (son il üzrə maliyyə göstəricisi, Vergilər Nazirliyinə borcların və digər məcburi ödəmələrin olmaması barədə arayış) sentyabrın 25-dək təqdim etməlidirlər.
Tender sentyabrın 26-da keçiriləcək.