...

Azərbaycanın Maliyyə Nazirliyi əməkdaşları Naxçıvan MR-də maliyyə əməliyyatlarında dünya standartlarının tətbiqi ilə bağlı həmkarlarına tövsiyələr edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend , müxbir E.Məmmədov/ Cümə günü Naxçıvan MR-nin Maliyyə Nazirliyinin yeni inzibati binasının açılış mərasimi olub. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iştirak ediblər.

Açılış mərasimində çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Naxçıvana gələn Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndə heyəti gün ərzində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarına maliyyə əməliyyatlarının necə keçirilməsi sahəsində dünya standartlarında tətbiq olunan üsulların mənimsədilməsində köməklik göstərəcəklər.

Nazir qeyd edib ki, muxtar respublikanın büdcə xərcləri 2007-ci ildə 2003-cü illə müqayisədə 3,2 dəfə artaraq 170 milyon manata, dövlət büdcəsindən ayrılmış dotasiyanın məbləği isə 5,3 dəfə artaraq 152, 7 milyon manata çatmışdır. Həmçinin nazir bu il muxtar respublikanın büdcəsinin ötən ilkindən 45, 9 faiz çox olduğunu bildirmişdir.

Xəbər lenti

Xəbər lenti