...

"Bank Respublika" "Yasamal" şöbəsini açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ "Bank Respublika"nın məlumatında bildirilir ki, bank xidmət şəbəkəsini genişləndirmək məqsədilə Bakı şəhərində Şərifzadə küçəsi 75A ünvanında yeni "Yasamal" şöbəsini açıb.

"Yasamal" şöbəsi əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edir. Bu xidmətlər sırasında hesablaşma-kassa xidmətlərini, depozitlər, MasterCard və VISA plastik kartları, Western Union, Contact, Migom, Coinstar, PrivatMoney, Bıstraya poçta, Xpress Money və Blizko sistemləri üzrə təcili pul köçürmələri və sair xidmətləri qeyd etmək olar.

Hazırda "Bank Respublika"nın Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Quba, Xaçmaz, Lənkəran, Yevlax, Bərdə, Şəmkir və Göyçay şəhərlərində 13 filialı və 8 şöbəsi, həmçinin müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24-ü mövcuddur. "Bank Respublika" Bakı şəhərində və regionlarda xidmət şəbəkəsini daha da genişləndirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti