Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ "Kapital Bank"ın idarə heyətinin sədri Rauf Rzayevin verdiyi məlumata görə, oktyabra qədər "Fitch Ratings" və "Moody`s" beynəlxalq reytinq agentlikləri Azərbaycanın dövalət bankı olan "Kapital Bank"ın reytinqini yeniləşdirəcək.
"Fitch Ratings"in qiymətləndirmə prosesi sentyabrın birinci yarısında başa çata bilər, belə ki, bu agentliyin komitəsində müzakirələr artıq başa çatıb.
"Mən güman edirəm ki, reytinqin hər ikisi təsdiq olunacaq, lakin bu reytinqldər "Kapital Bank"ın əvvəlki reytinqlərindən aşağı olmayacaq" -deyə Rzayev bildirib. Bankın göstəricilərinin yaxşılaşması, risklərin azalması, korporativ idarəetmənin standartlarının tətbiq edilməsi bu qərara gəlməyə imkan verir. Hazırda "Kapital Bank"ın reytinqi ölkə reytinqindən iki pillə aşağıdır, belə ki, ölkə bank sistemi ilə müqayisədə daha sürətli templərlə inkişaf edir. Bununla yanaşı, inkişaf edən bazarlar üçün "Kapital Bank"a təyin edilmiş BB- uzunmüddətli reytinqi yaxşı göstərici hesab olunur, lakin Rusiya bazarlarında bu, Rusiya bankları tərəfindən əldə olunan üçüncü reytinq hesab olunur.
Ötən ilin dekabr 11-də "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi tərəfindən banka verilən reytinqə görə, milli valyuta ilə depozitlər üzrə "Kapital Bank" investisiya reytinqini mənimsəyib. Sərbəst konversiya edilə bilən valyuta mövqeyi üzrə "Kapital Bank"ın uzunmuddətli" reytinqi "Ba2" səviyyəsində müəyyən olunub ki, bu da bir pillə ölkə reytinqindən aşağıdır.
"Fitch"in versiyasına əsasən, uzunmüddətli reytinq "BB- ", qısamüddətli reytinq isə "B" səviyyəsində müəyyən olunub.
Bank (Əvvəllər Birləşmiş Universal Səhmdar Bankı adı ilə tanınıb) 2000-ci ildə üç dövlət bankının birləşməsi yolu ilə yaradılıb. 2005-ci ildin yanvarında bank "Kapital Bank" adlandırılıb. 2000-ci ildən 2004-cü ilə qədər bank məhdud bank lisenziyası ilə fəaliyyət göstərib. 2004-cü ildə problemli aktivlər dövlət qeyri-bank təşkilatı olan "Agrokredit"ə verilib.
.