...

Nazir: "Azərbaycanda baş verən kütləvi insan zəhərlənmələri qida məhsullarının düzgün saxlanılmaması ilə əlaqədardır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2007 14:43 (UTC +04:00)
Nazir: "Azərbaycanda baş verən kütləvi insan zəhərlənmələri qida məhsullarının düzgün saxlanılmaması ilə əlaqədardır"

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmaylova, S.Babayeva/ Son vaxtlar paytaxtda və Azərbaycan regionlarında müşahidə olunan keyfiyyətsiz qidalardan kütləvi insan zəhərlənmələri qida məhsullarının saxlanılma şərtlərinin düzgün olmaması ilə əlaqədardır. Bu barədə bazar ertəsi Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, isti hava şəraiti və düzgün saxlanılmama səbəbindən qida məhsulları xarab olur və nəticədə zəhərlənmə baş verir.

Son zamanlar kütləvi zəhərlənmə faktı Binə və Azərbaycanın Bərdə rayonunda qeydə alınıb, nəticədə 20-dən artıq insan zərər çəkib.

Nazir hesab edir ki, bu problemin aradan qaldırılması üçün əhali arasında maarifləndirmə işləri aparılmalıdır.

Xəbər lenti

Xəbər lenti