...

"Bank Respublika" uduşlu kampaniyanın müddətini 2008-ci ilin fevralına qədər uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Bank Respublika"nın məlumatında bildirilir ki, bank şərtləri yaxşılaşdıraraq, əmanətçiləri arasında aylıq uduş kampaniyasının keçirilmə müddətini 2008-ci ilin fevralına qədər uzadıb.

Yeni şərtlərə əsasən, kampaniyada "Bank Respublika" müştərilərinin ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətləri iştirak edir. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Əvvəl kampaniyada ən azı 12 ay müddətində yerləşdirilmiş əmanətlər iştirak edə bilərdi.

Kampaniya müddəti ərzində hər ay 7 əmanətçi müəyyən olunacaq ki, onlardan 2-si hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatı, 5-i isə kampaniyanın əlavə mükafatlarını qazanacaqlar. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 200 AZN məbləğində olan mükafatlardan birini seçə bilərlər: mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri.

Bu günədək "Bank Respublika"nın 48 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatları və 30 əmanətçisi əlavə mükafatlar qazanıb.

"Bank Respublika"nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq pulsuz MasterCard və VISA kartları, kartla 35 günədək faizsiz kredit xətti əldə edə, "Home Banking" xidmətindən yararlana, bankın hesabına tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

Hazırda "Bank Respublika" həmçinin plastik kart müştəriləri arasında uduş kampaniyası keçirir. Kampaniyanın əsas mükafatı 7 günlük 2 nəfərlik Paris səyahətidir. Əlavə mükafatlar isə 2 videokamera və 10 ədəd iPod musiqi pleyeridir.

Xəbər lenti

Xəbər lenti