...

Avropa Komissiyası "Nabucco" layihəsi üzrə Aİ-nin birinci koordinatorunu təyin edib

Energetika Materials 13 Sentyabr 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Energy Intelligence Group"un yazdığına görə, Avropa Komissiyası Danimarkanın keçmiş xarici işlər naziri Jozias Van Aartseni Rumıniya, Bolqarıstan və Macarıstan ərazisindən keçməklə Türkiyə və Avstriya arasında fəaliyyət göstərəcək "Nabucco" qaz kəməri layihəsinin Aİ-dən olan ilk koordinatoru təyin edib.

Avstriyanın OMV şirkətinin rəhbərlik etdiyi "Nabucco" layihəsi Avropaya enerji tədarükünün təhlükəsizliyini möhkəmlətmək məqsədilə, Mərkəzi Asiya, Xəzər dənizi və Yaxın Şərqdə hasil olunan qazın daşınmasının yeni marşrutunun inkişafı üçün nəzərdə tutulub.

Dörd min kilometr uzunluğa malik "Nabucco" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən keçməklə Aralıq və Xəzər dənizində hasil olunan qazın Avropaya daşınmasını təmin edəcək. Kəmərin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 5 mlrd. avro məbləğində qiymətləndirilir. "Nabucco"nun işlənməsi ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin "Botas", Bolqarıstanın "Bulqarqaz" əv Rumıniyanın "Transqaz" şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti