...

BP Azərbaycan neftinin hasilatını bərpa edib

Energetika Materials 17 Sentyabr 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri" yatağında neftin hasilatını bərpa edib, bazar ertəsi "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə operator olan "BP Azərbaycan"dan verilən məlumatda belə deyilir.

BP sentyabrın 3-dən "Azəri" və qismən "Çıraq" yatağında planlı şəkildə neftin hasilatını dayandırıb. "Azəri" yatağında neft hasilatının dayandırılması əlavə infrastrukturun quraşdırılması ilə bağlı olub.

BP-dən verilən məlumata görə, hazırda Mərkəzi Azəri" platformasından sutkada 60 min barrel, "Şərqi Azəri"də 117 min barrel, "Qərbi Azəri" də 104 min barrel neft hasil olunur. "Çıraq" yatağında sutkada 117 min barrel neft hasil olunur.

Neft hasilatı bütün "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft hasilatının platformanın dayandırılmasına qədər əldə olunmuş göstəricilərə (700-720 min barrel) çatana qədər artırılacaq. Avqust ayında "Çıraq" platformasında sutkalıq neft hasilatı 122,9 min barrel, "Azəri" yatağında isə ("Mərkəzi", "Qərbi" və "Şərqi Azəri" platformaları) 587,163 min7 barrel təşkil edib.

Hasil olunan neft "Bakı-Tbilisi-Ceyhan" kəməri vasitəsilə ixrac olunur.

"Azəri-Çıraq- Günəşli" yatağından hasil olunan neftin pay bölgüsü barədə müqavilənin tərəfdaşları aşağıdakılardır: BP (operator- 34,1%), Chevron (10,3%), ARDNŞ (10%), İNPEX (10%), Statoil (8,6%), ExxonMobi (8%), TRAO (6,8%), Devon (5,6%), İtochu (3,9%), Hess (2,75).

Xəbər lenti

Xəbər lenti