...

Azərbaycanda "Nabukko" qaz kəməri layihəsi operatorunun nümayəndəliyi açılacaq

Energetika Materials 19 Sentyabr 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Sentyabrın 20-də saat 13:00 Avstriyanın "OMV Gas International" neft şirkəti nümayəndəliyinin Azərbaycanda açılış mərasimi keçiriləcək. Bu barədə çərşənbə günü "OMV Gas International" şirkətinin mətbuat xidmətindən məlumat verilib. Şirkət tərəfindən dörd nəfərin iştirak edəcəyi açılış mərasimi Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenştaynın iştirakı ilə Bakı Dəniz Vağzalında keçiriləcək.

"OMV Gas International" şirkəti 20 faiz payla "Nabukko" layihəsinin operatorudur. Dörd min kilometr uzunluğunda olan "Nabukko" qaz kəməri Orta Asiya və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasını təmin edəcək.

Qaz kəmərinin 2011-ci ildə istismara verilməsi nəzərdə tutulub. Layihə beş mlrd. dollar həcmində qiymətləndirilir.

"Nabukko"nun hazırlanması ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin "Botas", Bolqarıstanın "Bulgargaz" və Rumıniyanın "Transgaz" şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti