...

ARDNŞ-ın eks-prezidenti: "Nabukko" layihəsində səhmdar tərəfdaşlıq Azərbaycan üçün effektlidir"

Energetika Materials 25 Sentyabr 2007 12:36 (UTC +04:00)
ARDNŞ-ın eks-prezidenti: "Nabukko" layihəsində səhmdar tərəfdaşlıq Azərbaycan üçün effektlidir"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ Azərbaycanın "Nabukko" layihəsində səhmdar qismində iştirakı öz qazının Avropaya ixracı yolunda effektli addım ola bilər. Bu fikri Azərbaycan Dövlət Netf Şirkətinin (ARDNŞ) eks-prezidenti, hazırda Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib.

"Layihənin gələcək səhmdar ölkəsi prosesin aşkar iştirakçısı olacaq. Səhmdar dövlət proseslərə təsir edə və hər hansı bir təkliflə çıxış edə bilər. O, həmçinin bütün proseslərdən xəbərdar olacaq" - deyə Bağırov bildirib.

"Nabukko" layihəsinin səhmdarı olma imkanları barədə ötən həftə Bakıda Azərbaycanın neft-qaz sektorunun yüksək vəzifəli nümayəndələri fikir bildiriblər.

Azərbaycanın sənaye və energetia naziri Natiq Əliyev bildirib ki, ARDNŞ artıq "Nabukko" layihəsinin səhmdarı kimi çıxış etmək barədə dəvət alıb.

"Nabukko" layihəsinin operatoru 20 faiz iştirak payı ilə Avstriyanın "OMV" şirkətidir. Dörd min kilometr uzunluğunda olan "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropanı Orta Asiya və Xəzər qazı ilə təmin edəcək. "Nabukko"nun hazırlanması ilə Avstriyanın "OMV" şirkəti, Macarıstanın "MOL" şirkəti, Türkiyənin "Botas" və Bolqarıstanın "Bulgargaz", həmçinin Rumıniyanın "Transgaz" şirkətləri məşğul olur.

"Nabukko" qaz kəmərinin 2011-ci lidə istismara verilməsi nəzərdə tutulub. Layihə 5 mlrd. avro dəyərində qiymətləndirilir.

ARDNŞ-ın keçmiş rəhbəri "Nabukko" layihəsinin iqtisadi cəlbediciliyinə şübhə etmir.

"Avropa İttifaqı əlverişli olmayan layihələri dəstəkləmir. Burada isə siyasi müstəvidə ciddi dəstək var, hamı layihənin reallaşdırılması üzərində işləyir" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti