...

Azərbaycan yeraltı anbarlara qaz vurulmasını artırıb

Energetika Materials 26 Sentyabr 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycanda 2007-2008-ci illlər payız-qış dövrünə qaz ehtiyatının yaradılması məqsədilə yeraltı anbarlara 1.16 mlrd. kubmetr qaz vurulub. Bu barədə çərşənbə günü "Azəriqaz" QSC-dən məlumat verilib.

Ötən ildən anbarlarda artıq qalan qazın həcmi 350 mln. kubmetr təşkil edib. Yaxın vaxtlarda yeraltı qaz anbarlarına daha 100 mln. kubmetr qaz vurulacaq. Qaz vurulmasına apreldən başlanılıb" - deyə "Azəriqaz"dan bildiriblər.

Ötən dövrdə (2006-2007) yeraltı anbarlara 1,024 mlrd. kubmetr qaz vurulub.

Rusiya qazının idxalından imtina edilməsinə baxmayaraq, respublikada yanacağın bu növü ilə təchiz edilmədə heç bir problem olmayacaq.

Xəbər lenti

Xəbər lenti