...

Nazir: "Azərbaycan qazının Gürcüstana tədarükü genişləndirilə bilər"

Energetika Materials 26 Sentyabr 2007 16:10 (UTC +04:00)
Nazir: "Azərbaycan qazının Gürcüstana tədarükü genişləndirilə bilər"

Gürcüstan, Tiflis / Trend N.Kirtsxalia/ Azərbaycan qazının Gürcüstana tədarükü genişləndirilə bilər. Bu barədə çərşənbə günü Tiflisdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

"Bunun üçün bizim ehtiyatımız var, belə ki, biz artıq "Şah Dəniz" yatağında üç quyunu işə salmışıq. Oktyabrda 4-cü quyunu istifadəyə verməyə hazırlaşırıq" - deyə o qeyd edib. Nazir Gürcüstana tədarük olunan yanacağın nə qədər genişləndiriləcəyini bildirməyib.

Hazırda Azərbaycandan Gürcüstana qaz tədarükü ilə bağlı fəaliyyətdə olan müqavilənin müddəti oktyabrın birinci yarısında başa çatır. Müqavilə Gürcüstan ilə "Azəriqaz" QSC arasında bağlanıb. "Azəriqaz" Gürcüstana 1000 kubmetri 120 dollar olmaqla sutkada 1.3 mln. kubmetrə yaxın qaz tədarük edir.

Öncə ARDNŞ-dan verilən məlumata görə, "Azəriqaz"la ARDNŞ və Gürcüstan arasındakı müqavilə başa çatdıqdan sonra qazın tədarükü üçün uzunmüddətli müqavilə imzalana bilər. "Azəriqaz"ın Gürcüstana yanacaq tədarük etdiyi boru kəmərində aparılan yenidənqurma işlərindən sonra kəmərin buraxılış imkanlarının sutkada 8 mln. kubmetr qaza çatdırılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti