...

ARDNŞ rəhbəri: "Bakı-Supsa neft kəməri 2008-ci ilin mart ayından fəaliyyətini bərpa edəcək"

Energetika Materials 27 Sentyabr 2007 16:55 (UTC +04:00)
ARDNŞ rəhbəri:  "Bakı-Supsa neft kəməri 2008-ci ilin mart ayından  fəaliyyətini bərpa edəcək"

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Fəaliyyəti ötən ilin oktyabr ayında dayandırılan Bakı-Supsa neft kəməri növbəti ilin mart ayında işə salınacaq. Bunu cümə axşamı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ - Bakı-Supsa kəmərinin operatoru) boru kəmərinin keçdiyi Gürcüstanın Zestafoni bölgəsində torpaq sürüşməsinin monitorinqini aparıb. Azacıq sürüşmə qeydə alınıb ki, bu da boru kəmərinin mühafizə zolağının tikilməsini labüd edir. Dövrələmə sahəsi 1000 metr uzunluqda bir məsafəni əhatə edəcək və onun tikintisi üçün Gürcüstana əlavə daha 6 mln. manat tələb olunur.

Kəmərin sürüşməyə qarşı mühahfizə zolağını Gürcüstan ərazisində Almaniyanın MLG şirkəti tikəcək.

"BP Azərbaycan neftini, yalnız bütün təhlükəsizlik normaları təmin olunduqdan sonra Bakı-Supsa kəməri ilə nəql niyyətindədir",-deyə o söyləyib.

Faəaliyyəti dayandırılana qədər Balkı-Supsa kəməri ilə ABƏŞ-in Azəri-Çıraq-Günəşli yatağında hasil etdiyi yüngül neft nəql olunurdu.

Xəbər lenti

Xəbər lenti