...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yanvar-sentyabr ayları ərzində 5,8 mln. tondan çox neft ixrac edib

Energetika Materials 2 Oktyabr 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Baku / Trend / Yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 5,808 mln. ton neft ixrac edib, çərşənbə axşamı ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumatda belə deyilir.

"Bakı-Novorossiysk" marşrutu ilə ARDNŞ bu dövr ərzində 901,224 min ton neft ixrac edib.

"Bakı-Supsa" kəməri ilə, yanvar-sentyabr aylarında bu kəmərdə təmir işləri ilə əlaqədar olaraq, neft yüklənməyib.

Dəmiryol xətti ilə Gürcüstanın Qara dəniz sahillərində yerləşən Batumi limanı istiqamətində 221,258 min ton neft ixrac olunub.

"Bakı-Tbilisi-Ceyhan" kəməri ilə yanvar-sentyabr ayları ərzində 4,685 mln. ton neft ixrac olunub.

2006-cı ildə "Bakı-Novorossiysk" marşrutu ilə ARDNŞ 1 mln. 172 min ton neft ixrac olunub (2005-ci ildə 1 mln. 631 min ton).

"Bakı- Supsa" kəməri ilə 1 mln. 155 min ton neft ixrac olunub (2005-ci ildə 1 mln. 263 min ton).

Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi limanı istiqamətində 1 mln. 135 min ton neft ixrac olunub (2005-ci ildə 4141, 728 min ton) .

BTC kəməri ilə 1 mln. 402, 951 min ton neft ixrac olunub (bu marşrut üzrə neft ixracı ötən ilin may ayında başlanıb).

Xəbər lenti

Xəbər lenti