...

Gürcüstan qaza olan tələbatını Azərbaycan qazı hesabına təmin etmək niyyətindədir

Energetika Materials 3 Oktyabr 2007 17:28 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstan qaza olan tələbatını Azərbaycan qazı hesabına təmin edə bilər. Bunu çərşənbə günü Gürcüstanın energetika naziri Aleksandr Xetaquri hökumətin iclasının sonunda bildirib.

"Həm texniki baxımdan, həm resurs baxımından bu məsələ müsbət həll oluna bilər... Qazın tədarükü ilə bağlı problem olmayacaq" - deyə o söyləyib.

"Əsas odur ki, danışıqlar nəticəsində hansı qərarın qəbul olunmasından asılı olmayaraq, əhali üçün istehlak qiymətləri artmayacaq" - deyə Xetaquri söyləyib.

Nazir həmçinin sentyabrın 5-dən texniki problemlər ucbatından Gürcüstanın Azərbaycanın "Azəriqaz" QSC-dən əlavə həcmdə qaz ala bilməməsi barədə bəyanatı da şərh edib. "Biz Azərbaycan qazını müxtəlif mənbələrdən kifayət qədər həcmdə alırıq" - deyə nazir söyləyib. O nə həcmi, nə də mənbəni dəqiqləşdirməyib.

Xəbər lenti

Xəbər lenti