...

Azərbaycan yüngül neftinin qiyməti öz tarixi ərzində maksimum həddə çatıb

Energetika Materials 18 Oktyabr 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir V.Şərifov/ Azərbaycanın AZERI LT CIF Augusta neftinin qiyməti oktyabrın 17-də $85,29/barr təşkil etməklə öz tarixi ərzində maksimum həddə çatıb ki, bu da əvvəlki qiymətlərdən yüksəkdir. Bu barədə cümə axşamı 1997-ci ildən xammalın bu növünü hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Ötən ilin noyabrından Bakı-Supsa boru kəmərində təmir işləri aparılır.

ARDNŞ-dən bildiriblər ki, oktyabrın 17- də Azərbaycan yüngül neftinin Türkiyənin Ceyhan limanına FOB şərtləri ilə çatdırılma qiyməti $83,98/barr. təşkil edib ki, bu da, əvvəlki qiymətlərdən $0,74barr. yuxarıdır.

Azərbaycan, həmçinin, xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

URAL (EX-NOVO) neftinin qiyməti oktyabrın 17-də $80,54/barr təşkil edib, bu isə əvvəlki qiymətlərdən $0,46/barr. yüksəkdir.

Şimal dənizindən hasil edilən Brent Dated neftinin qiyməti oktyabrın 17-də $85,53/barr. təşkil edib. Bu göstərici əvvəlki qiymətdən $0,84/barr. çoxdur.

Xəbər lenti

Xəbər lenti