...

Nazir: "Şah Dəniz" yatağından 1 mlrd. 750 mln. kub metr qaz hasil edilib

Energetika Materials 23 Oktyabr 2007 13:18 (UTC +04:00)
Nazir: "Şah Dəniz" yatağından 1 mlrd. 750 mln. kub metr qaz hasil edilib

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın iri qaz-kondensat yatağı olan "Şah Dəniz"dən 1 mlrd. 750 mln. kub metr qaz və 488 min. ton kondensat hasil olunub" - deyə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Nazirlər Kabinetinin doqquz ay ərzində ölkənin sosial-iqitsadi inkişafı və qarşıda duran vəzifələr üzrə iclasında çıxış edərkən bildirib. Bu barədə çərşənbə axşamı rəsmi mətmuat xəbər verib. Bu hacmdən 670,4 mln. kub metr qaz ixrac olunub.

Doqquz ay müddətində Azərbaycanda 31,4 mln. ton neft, 11,5 mlrd. kub metr qaz hasil olunub və 15,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu il Azərbaycanda rekord həcmdə - 43 mln. 952 min. ton neft hasilatı proqnozlaşdırılır. Qaz hasilatı və elektrik enerjisi istehsalı 1990-cu ilin istehsal səviyyəsini ötəcək" - deyə nazir bildirib.

Doqquz ay ərzində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə 19,9 mln. ton neft ixrac olunub" - deyə N.Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti