Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (Birgə müəssisələr və əməliyyat şirkələri istisna olmaqla) yanvar-oktyabr ərzində 170 966 metr həcmində (yanvar-sentyabrın 161803 metrinə nisbətdə) qazma işləri həyata keçirib. Bu barədə ARDNŞ-dan məlumat verilib.
Oktyabrda yataqlarda 14019 metr qazma işləri aparılıb.
Yanvar-oktyabr ayları ərzində istismar qazma işlərinin həcmi 170 966 metr (oktyabrda 13694 metr) təşkil edib.
Yanvar-oktyabr ayları ərzində kəşfiyyat qazmalarının həcmi 4856 metr (oktyabrda 325 metr) təşkil edib.