...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 6 Noyabr 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ Azərbaycanın CIF Augusta növlü yüngül neftinin qiyməti noyabrın 5-də $92,13/barr. çatıb. Çərşənbə günü 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, bazar ertəsi neftə olan qiymət cümə gününə nisbətdə $0,03/barr. aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın noyabrın 5-də qiyməti $90,89/barr. çatıb. Bu, əvvəlki qiymətdən $0,02/barr. aşağıdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Azərbaycanın bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

Noyabrın 5-də URAL (EX-NOVO) neftinin qiyməti $87,48/barr təşkil edib. Bu öncəki qiymətdən $0,40/barr. artıqdır.

Analoji vəziyyət Şimal dənizindən hasil edilən Brent Dated növlü neftin qiymətində də, baş verib. Noyabrın 5-də Brent Dated neftinin qiyməti $92,12/barr. təşkil edib, bu da əvvəlki qiymətdən $0,03/barr. yuxarıdır.

Xəbər lenti

Xəbər lenti