...

Türkiyə prezidenti: "Regionda münaqişələr həll olunduğu təqdirdə Qafqazın digər ölkələri də Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələrə qoşula bilər"

Energetika Materials 7 Noyabr 2007 14:24 (UTC +04:00)
Türkiyə prezidenti: "Regionda münaqişələr həll olunduğu təqdirdə Qafqazın digər ölkələri də Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələrə qoşula bilər"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov/ Çərşənbə günü Azərbaycan-Türkiyə forumunda Türkiyə prezidenti Abdullah Gül bəyan edib ki, regionda ərazi mübahisələri olmadığı təqdirdə Qafqazın digər ölkələri də Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələrə qoşula bilər.

"Regionda münaqişələr həll olunduğu təqdirdə Qafqazın digər ölkələri də Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələrə qoşula bilər" - deyə Gül deyib.

Türkiyə və Azərbaycan üç iri regional layihə həyata keçirir: BTC neft kəməri, "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri və "Bakı-Tbilisi-Qars" dəmir yol xəttinin tikintisi layihəsi.

"Gürcüstan region ölkəsi kimi bu layihələrdə fəal iştirak edir və bundan böyük fayda əldə edir" - deyə Gül bildirib.

Prezident Azərbayan-Türkiyə iqtisadi əməkdaşlığının uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib. "Azərbaycanlı iş adamları artıq Türkiyədə də sərmayə yatırırlar" - deyə Türkiyə prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti