...

Azərbaycan yanvar-oktyabr ayları ərzində neft hasilatını artırıb

Energetika Materials 9 Noyabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci ilin yanvar-oktyabr ayları ərzində "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsi ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsində 27,2 mln. ton "Azeri Light" markalı neft hasil edib ki, bu da 2006-cı ilin analoji dövrünün göstəricisindən 8,7 mln. ton çoxdur.

ABƏŞ-dən verilən məlumata görə, 2007-ci ilin yanvar-oktyabr aylarında "Çıraq" yatağında neft hasilatı 2006-cı ilin analoji dövrünün 5,836 mln. ton göstəricisi ilə müqayisədə, 5,391 mln. ton təşkil edib. "Azəri" yatağında 2007-ci ilin yanvar-oktyabr ayları ərzində 2006-cı ilin analoji dövrünün 12,663 mln. ton göstəricisi ilə müqayisədə, 21,79 mln. ton neft hasil olunub.

2007-ci ilin oktyabr ayı ərzində "Çıraq" yatağında neft hasilatı, 2006-cı ilin oktyabr ayının 430,345 min ton göstəricisi ilə müqayisədə, 482 min ton təşkil edib. "Azəri" yatağında 2007-ci ilin oktyabr ayında 2,476 mln. ton neft hasil olunub.

2006-cı ildə ABƏŞ tərəfindən müqavilə sahəsində 23, 260 mln. ton "Azeri Light" markalı neft hasil olunub. 2006-cı ildə "Çıraq" yatağında neft hasilatı 6,977 mln. ton olub. 2006-cı ildə "Azəri" yatağında 16,283 mln. ton neft hasil olunub.

Xəbər lenti

Xəbər lenti