...

Azərbaycan və Türkiyə dövlətlərinin ildən-ilə artan iqtisadiyyatı bütün türk dünyasını gücləndirəcək -prezident (video)

Energetika Materials 17 Noyabr 2007 12:17 (UTC +04:00)
Azərbaycan və Türkiyə dövlətlərinin ildən-ilə artan iqtisadiyyatı bütün türk dünyasını gücləndirəcək -prezident (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ilhamqızı, E.Hüseynli/ Gələn il türk dövlətlərinin Zirvə toplantısı keçiriləcək, cümə günü Türk Dövlətlərinin Bakıda keçirilən Qurultayındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev bildirib. Prezidentin sözlərinə görə, Azərbaycan və Türkiyə dövlətlərinin ildən-ilə artan iqtisadiyyatı bütün türk dünyasını gücləndirəcək. Bunun üçün kifayət qədər təbii sərvətlər və imkanlar var.

Bu gün Bakıda türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işinə başlayıb. Qurultayda 30 ölkədən 550 nəfərədək qonaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin prezidenti və türkdilli dövlətlərin yüksək hökumət nümayəndələri iştirak edirlər. Qurultayın məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onlar arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk xalqlarının ümumi problemlərinin həlli yollarını birlikdə araşdırmaqdır.

Azərbaycan prezidenti deyib ki, türk dövlətləri imkanlarını birləşdirərək, daha güclü dövlətlərə çevrilməlidir.

"Türk dövlətləri böyük neft-qaz ehtiyyatlarına malikdir və bundan səmərəli istifadə etməli, infrastruktura, tranzit imkanlarından yararlanaraq, dünyaya çıxmalıdır. Türk dövlətlərinin dünyaya çıxışında Türkiyə böyük imkan yaradıb"- Əliyev əlavə edib. Prezidentin sözlərinə görə, bu qurultay türk dünyasının birləşməsi istiqamətində vacib addımdır.

Xəbər lenti

Xəbər lenti