...

Səlyanda qazdoldurma məntəqələrində yanacaq tükənib

Energetika Materials 18 Noyabr 2007 13:20 (UTC +04:00)

Dünəndən etibarən Səlyan rayonunda yerləşən qazdoldurma məntəqələrində avtomaşınlara qazın verilməsi dayandırılıb. Məntəqənin işçiləri bunu Bakıdakı qazemalı zavodunda təmir işlərinin aparılması ilə əlaqələndirirlər və sıxılmış qazın nə vaxt veriləcəyini bilmirlər. "Trendin" muxbirinin verdiyi məlumata görə, bir həftədir ki, məişətdə istifadə olunan qaz balonlarının doldurma məntəqələridə bağlanıb. Yaranmış vəziyyət sərnişin daşımada və yükdaşımada problemlər yaratmağa başlayıb. Neftçala rayonunda anoloji vəziyyət höküm sürür.

Xəbər lenti

Xəbər lenti