...

Azərbaycanda butan-butilen istehsalı ötən ilə nisbətdə aşağı düşüb

Energetika Materials 7 Dekabr 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-noyabr aylarında H.Əliyev adına neft emalı zovodunda (keçmiş "Azneftyanacaq") 129,96 min ton butan-butilen fraksiyası istehsal olunub. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Bu, proqnozlaşdırılandan 2,2 faiz və ya 2,76 min ton artıqdır. Ötən ilin yanvar-noyabrında butan-butilen fraksiyası istehsalı 132,19 min ton təşkil edib.

2006-cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə isə bu göstərici 129,62 min tona bərabər olub.

Yanvar-noyabrda ötən ilin analoji aylarında olduğu kimi bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə isə propan-propilenin istehsal həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti