...

Azərbaycan energetika layihəsi üçün məsləhətçi cəlb edir

Energetika Materials 7 Dekabr 2007 18:25 (UTC +04:00)

Azerbaydjan, Baku /korr. Trend , İ.Xalilova / " Azərenerji " ASC-nin vitse-prezidenti Marlen Əsgərovun cümə günü verdiyi məlumata görə , Səhmdar Cəmiyyət ümumi dəyəri 105 mln. olan Mingəçevir SES -i n bərpası layihəsinin 2-ci fazası üçün məsləhətçinin müəyyənləşdirilməsi üzrə tenderdə iştirak etmək üçün islam ölkələrinə dəvətnamə göndərib .

Layihənin maliyyələşməsi İslam İnkişaf Bankının (İİB) kreditləri hesabına həyata keçirilir . Bank 2007-ci ilin yanvarında 80 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiq edib . Layihə üzrə qalan xərcləri (25 mln. dollar) Azərbaycan hökuməti ödəyəcək .

İİB-in şərtlərinə uyğun olaraq , maliyyələşdirilən layihələrdə məsləhətçi xidmətləri islam ölkələrindən olan şirkətlər tərəfindən göstərilməldir . Lakin bank tədarükçü şirkətin mənşəyi ilə bağlı məhdudiyyətlər qoymur . Əsgərovun sözlərinə görə , dünyada elektrik stansiyaları avadanlığına tələbat çoxdur , bununla əlaqədar olaraq , zavodlar gərgin rejimdə işləyir . Buna baxmayaraq , " Azərenerji " bu layihənin sərfəli olacağı tədarükçünü tapacağını gözləyir .

İBB-nin krediti , güzəştli dövr üç il olmaqla , 15 il müddətinə təqdim olunub , kreditin faiz dərəcəsi 5,95%-dir. Vəsaitlər "lizinq" mexanizmi ilə təqdim olunacaq .

Mingəçevin SES-də işlər 1-ci faza çərçivəsində 90-ci illərin əvvəlində də aparılıb . İBB-nin və AYİB-in maliyyəsi hesabına generatorlar , yarımstansiyalar dəyişdirilib , yerüstü idarəetmə pultu yaradılıb .

Xəbər lenti

Xəbər lenti