...

TRACECA dəhlizinin Azərbaycan seqmenti üzrə yük axını son illərdə əhəmiyyətli dərəcədə artıb – baş nazirin müavini Abid Şərifov

Energetika Materials 12 Dekabr 2007 14:18 (UTC +04:00)
TRACECA dəhlizinin Azərbaycan seqmenti üzrə yük axını son illərdə əhəmiyyətli dərəcədə artıb – baş nazirin müavini Abid Şərifov

Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ TRACECA dəhlizinin Azərbaycan seqmenti üzrə yük axını son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu barədə Astanada keçirilən TRACECA layihəsinin iştirakçı dövlətlərinin hökumətlərarası komissiyasının

6-cı iclasında çıxışı zamanı Azərbaycanın baş nazirinin müavini Abid Şərifov bildirib.

"Bu, əsasən neft və neft məhsullarının daşınmasının artması hesabına baş verib" - deyə o bildirib.

Onun bildirdiyinə görə, 1995-ci ildə neft və neft məhsulları nəqlinin həcmi ümumilikdə 335 min ton, 1998-ci ildə artıq 4,2 mln. ton, 2002-ci ildə 8,7 mln. ton, 2006-cı ilin yekunları üzrə isə 12,5 mln. ton təşkil edib.

Bu, Azərbaycan seqmentində bütün tranzit daşımaların ƏDV-dən azad edilməsi və daşımalar üçün 50 faizə qədər azalmanı nəzərdə tutan tarif güzəştlərinin mövcud olması sayəsində mümkün olub.

"Bundan əlavə, son illər ərzində özəl investisiyalar hesabına Bakı və Səngəçal limanlarında neft boşaltma terminalları tikilib, ildə 20 mln. tondan yuxarı gücə malik Dübəndi liman terminalı yenidən qurulub. Bakı aeroportunda Avropa və Asiya ölkələrinə tranzit yük daşımalarına imkan yaradan yük terminalı istifadəyə verilib" - deyə Şərifov əlavə edib.

Xəbər lenti

Xəbər lenti