...

Qazaxıstan Parlamenti Azərbaycanla BTC vasitəsilə neftin nəqlinə dair müqaviləni təsdiqləməyə hazırlaşır

Energetika Materials 25 Dekabr 2007 16:03 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Çərşənbə axşamı Qazaxıstan Parlamentinin plenar iclasında "Azərbaycan və Qazaxıstan arasında Qazaxıstan neftinin Bakı-Tbilisi-Cehyan sistemi vasitəsilə Xəzər dənizi və Azərbaycan ərazisindən beynəlxalq bazarlara nəqlinə dəstək və yardıma dair Müqavilənin ratifikasiyaı haqqında" qanun layihəsinə dair yekunların hazırlanması üzrə məsələyə baxılacaq. Müqavilə 2006-cı il iyunun 16-da Azərbaycan və Qazaxıstan prezidentləri tərəfindən imzalanıb. Nəqliyyat sisteminin yaradılması Kaşaqan neftinin keyfiyyətini saxlamaqla dünya bazarına nəqlini təmin edəcək. Transxəzər nəqliyyat sistemi ilkin mərhələdə 5 mln. ton, sonralar isə 38 mln. tonadək neftin nəqlinə imkan yaradacaq. Hazırda Qazaxıstanın Xəzər Nəqliyyat Sisteminin (QXNS) yaradılması üzərində işlər aparılır. QXNS-in yaradılması ilk növbədə "Kaşqan" və "Tengiz" yataqlarından hasil olunan qazax neftinin Aktau-Bakı-Tbilsi-Ceyhan marşrtu ilə, Şərq-Qərb enerji dəhlizi vasitəsilə Xəzər dənizindən dünya bazarlarına nəqli üçün nəzərdə tutulub. QXNS-nin ilkin mərhələdə 25 mln. ton, sonrakı illərdə 38-60 mln. ton neftin nəqlini təmin edəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti