Azərbaycan, Bakı, 10 yanvar, / Trend / Palmali Şirkətlər Qrupu Türkiyənin Ceyhan limanı terminalından "Heydər Əliyev" tankerində Azərbaycana məxsus neftin ilk partiyasını yola salıb. Şirkətin məlumatında bildirilir ki, Şirkət Azərbaycan neftini 10 il ərzində bu limandan daşıyacaq.
İlk tankerin yolasalma mərasimində Azərbaycan tərəfindən Baş nazirin müavini Abid Şərifovun başcılıq etdiyi numayəndə heyəti iştirak edib. İlk tanker ABŞ-a yola salınıb.
"Suetsmaks" sinfinə məxsus olan "Heydar Əliyev" tankerinin uzunluğu 274 m, eni 50 m, suya otruma dərəcəsi 17 m.-dir. Gəminin dedveyti 165 min tondur.
Palmali Şirkətlər Qrupunun "Zərifə Əliyeva" adlı bu tipli daha bir gəmisi var.