...

Cari ildə Azərbaycanın bütün abunəçiləri üçün qaz sayğacları quraşdırılacaq (video)

Energetika Materials 1 Fevral 2008 14:46 (UTC +04:00)
Cari ildə Azərbaycanın bütün abunəçiləri üçün qaz sayğacları quraşdırılacaq (video)

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir S.Əliyev/ 2007-ci il ərzində "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti abunəçilərinə 317 mln. manat dəyərində 5 mlrd. 360 mln. kub metr qaz satılıb. Satılan qazın ümumi həcmindən 178 mln. manatı, yəni 56 faizi ödənilib. Bu barədə cümə günü Yeni Azərbaycan Partiyasının baş qərargahında keçirilən mətbuat konfransında "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov məlumat verib.

Abunəçilərin ümumi sayından əhaliyə 96 manat dəyərində 2,048 mlrd. kub metr qaz verilib. Bu həcmdən yalnız 58,8 faiz ödənilib. QSC abunəçilərinin ümumi sayı təxminən 1 mln. 97 min təşkil edir ki, bunun da 94,5 faizi sayğaclaşdırılıb. Yaxın aylarda bütün abunəçilərin sayğaclarla təchiz edilməsi nəzərdə tutulub.

Ötən il ərzində QSC dövlət büdcəsinə 43,1 mln. manat, əmək haqqı qismində 29 mln. manat, Dövlət Sosial Müdafi Fonduna 10,1 mln. manat verib. Azərbaycan Dövlət Neft Şirkətinə tədarük olunan qaza görə 33,5 mln. manat ödənilib.

2007-ci ildə əsaslı tikinti işlərinə 48 mln. manat, əsaslı təmirə isə 6 mln. manat sərf olunub.

Xəbər lenti

Xəbər lenti