...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 11 Fevral 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.Bədəlova / Fevralın 8-də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $92,29/barr. təşkil edib. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumatda deyilir ki, cümə günü neftin qiyməti cümə axşamı ilə müqayisədə $2,93/barr . qalxıb.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARNDŞ-dan bildiriblər ki, fevralın 11-də FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $91,16/barr. təşkil edib və bu əvvəlki qiymətdən $2,94/barr. çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

Fevralın 11-də Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $82,72/barr. təşkil edib və bu əvvəlki qiymətdən $0,99/barr. azdır.

Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Fevralın 7-də "Brent Dated" neftinin bir barelinin qiyməti $88,28/barr. təşkil edib və əvvəlki qiymətdən $0,54/barr. azdır.

Xəbər lenti

Xəbər lenti