...

Timoşenko Ukrayna və Rusiyanın qaz sahəsində yeni razılaşmasını müsbət qiymətləndirir

Energetika Materials 13 Fevral 2008 16:18 (UTC +04:00)
Timoşenko Ukrayna və Rusiyanın qaz sahəsində yeni razılaşmasını müsbət qiymətləndirir

Ukrayna, Kiyev, 13 fevral / " müxbir Z.Novosvitski/ Ukrayna baş naziri Yuliya Timoşenko ölkə prezidenti Viktor Yuşşenkonun Moskvaya səfəri zamanı əldə olunan qaz üzrə razılaşmanı müsbət qiymətləndirir.

"Ukrayna prezidentinin Rusiya Federasiysına səfəri zamanı Ukrayna qaz bazarından bütün vasitəçilərin, o cümlədən üzdə olmayan rüşvətxor vasitəçilərin uzaqlaşdırılması barədə qərar qəbul olunub. Mən hesab edirəm ki, bu, demokratik komandanın böyük qələbəsidir" - deyə bu gün Timoşenko Nazirlər Kabinetinin iclasında bildirib.

Ukrayna Baş nazirinin birinci müavini Aleksandr Turçinov 2007-ci iln oktyabr-dekabrında sərf olunan qazın 2007-ci ilin qiymətləri ilə hesablanacağını əsas hesab edir. Eyni zamanda, hüquq - mühafizə orqanları və Nəzarət-Təftiş Komitəsi borcun yaranmasına gətirib çıxaran səbəbləri müəyyən etməyi davam etdirəcək.

Fevralın 12-də Moskvada Ukrayna və Rusiya Federasiyası prezidentləri Viktor Yuşşenko və Vladimir Putin, həmçinin, "Naftoqaz Ukrainı" şirkəti və "Qazprom" ASC rəhbərləri Oleq Dubina və Aleksey Millerin apardığı danışıqlarda tərəflər Ukraynaya təbii qaz idxalı üzrə operatorun əvəzlənməsi barədə razılığa gəliblər. RosUkrEnergo - Ukrayna biznesmenləri ilə "Qazprom" birgə müəssisəsinin əvəzinə, "Qazprom" və "Naftoqaz Ukrainı" şirkətinin paritet əsaslarla birgə müəssisəsi yaradılacaq. Yaradılacaq BM operator rolunu icra edəcək. Ukrayna bazarında qaz satışı ilə də bu şirkətlərin birgə müəssisəsi məşğul olacaq. Hazırda bununla "UkrQaz-Enerqo" - RosUkrEnergo BM və "Naftoqaz" məşğul olur.

Dubinanın sözlərinə görə, fevralın 14-də "Qazprom" və "Naftoqaz Ukrainı" şirkətinin birgə müəssisəsinin yaradılmasına dair ilk sənədlər imzalanacaq.

Bundan əlavə, Ukrayna və Rusiya prezidentləri fevralın 14-dən başlayaraq, Ukraynanın 2007-ci ilin noyabr-dekabr ayları ərzində yaranan borcunu ödəməyə başlayacağı barədə razılıq əldə ediblər.

Əvvəllər "Qazprom" tədarük olunan Rusiya qazına görə, Ukrayna borcunun 2008-ci il yanvarın 1-dən 500 mln. dollara yaxınlaşacağını, ümumi vaxtı ötmüş borcun isə, 1,5 mlrd. dollara çatdığını bildirib.

Xəbər lenti

Xəbər lenti