...

Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatı 500 mln. kub metrdən çoxdur

Energetika Materials 15 Fevral 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Əliyev/ Hazırda Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatı təxminən 550 mln. kub metr təşkil edir. Bu barədə "Azəriqaz" Qapalı Səhimdar Cəmiyyətindən məlumat verilib.

Azərbaycan qaz anbarlarından sutkada təxminən 7,5 mln. kub metr qaz əldə edir.

Bu il yeraltı qaz anbarlarına 1 mlrd. kub metr qaz vurulub. Bu həcm 2007-2008-ci illər payız-qış mövsümündə abunəçilərin təminatı üçün istifadə olunacaq. Ötən dövrdə (2006-2007) qaz anbarlarına 1,024 mlrd. kub metr qaz vurulub.

Azərbaycanda iki - Qaradağ və Kalmaz yeraltı qaz anbarı mövcuddur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti