...

"Azərenerji" dövlət büdcəsinə ayırmaları iki dəfə artırıb

Energetika Materials 18 Fevral 2008 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend / Yanvarda "Azərenerji" Səhmdar Cəmiyyəti dövlət büdcəsinin hesabına 8,1 mln. manat keçirdib, bu da 2007-ci ilin yanvarından 2,1 dəfə çoxdur, - SC-nin mətbuat xidmətindən bildiriblər.

Dövlət büdcəsinə vəsait ayrılmalarının artımı sayğacların quraşdırılması və abunəçilərə verilən elektrik enerjisinə görə yığımın artırılması hesabına baş verib.

Yanvarda Azərbaycanda təxminən 2,3 mlrd kVt/s elektrik enerjisi istehsal edilib. 2007-ci ilin yanvarında bu göstərici 2,4 mlrd. kVt/s elektrik enerjisi olub. Yanvarda istehsal edilən elektrik enerjisinin ümumi həcmindən 2 mlrd. kVt/s istilik elektrik stansiyalarının və təxminən 0,3 mlrd. kVt/s su-elektrik stansiyalarının payına düşür. Ötən ilin yanvarında istilik - elektrik stansiyalarında 2,2 mlrd. kVt/s elektrik enerjisi və su-elektrik stansiyalarında - 0,2 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib.

Xəbər lenti

Xəbər lenti