...

Azərbaycanda 2008-ci il üçün yanacaq-enerji balansı təsdiqlənib

Energetika Materials 21 Fevral 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir S.Əliyev/ Azərbaycan Respublikasının Nazirlər Kabineti 2008-ci il üçün yanacaq-enerji balansını təsdiqləyib. Bu barədə cümə axşamı hökumətdən bildiriblər. 2008-ci ildə Azərbaycanda neft hasilatı 53 mln. ton səviyyəsində proqnozlaşdırılır. Neft hasilatının ümumi həcmindən təqribən 45 mln. ton "Azəri"- "Çıraq"- "Günəşli" yatağının payına düşür. Yataq BP şirkətinin başçılıq etdiyi Konsorsium tərəfindən işlənir. Azərbaycan Dövlət Neft Şirkəti 8,75 mln. ton neft hasil etmək niyyətindədir.

Növbəti il Azərbaycana təqribən 11,237 mlrd. kubmetr qaz veriləcək. Bu həcmdən 7 mlrd. kubmetr Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən, "Azəri"- "Çıraq"- "Günəşli" yatağından 1,4 mlrd. kubmetr səmt qazı və 2,9 mlrd. "Şahdəniz" yatağından veriləcək.

Güman edilir ki, bu il Azərbaycanda 21 mlrd. kVt/s elektrik enerjisi istehsal ediləcək. Bütün həcm "Azərenerji" Səhmdar Cəmiyyəti tərəfindən istehsal ediləcək.

"Azəri"- "Çıraq"- "Günəşli" yatağından hasilatın pay bölgüsü barədə razılıq 1994-cü ildə imzalanıb. Müqavilə "Azəri"- "Çıraq"- "Günəşli" müqavilə sahəsinin 30 il ərzində işlənməsini nəzərdə tutur. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də isə 2006-cı ilin sonunda başlanıb. "Günəşli" yatağının dərin su hissələrində hasilata 2008-ci ilin ortalarında başlanması nəzərdə tutulur.

"Azəri-Çıraq- Günəşli" iri dəniz yatağının işlənilməsi üzrə müqavilənin iştirakçıları aşağıdakılardır: BP (operator- 34,1367%), "ChevronTexaco" (10, 2814%), ARDNŞ (10%), İNPEX (10%), "Statoil" (8, 5633%), "ExxonMobil" (8,006%), TRAO (6,75%), "Devon Energy" (5,6262%), "İtochu" (3,9205%), "Delta Hess" (2,7213). Layihəyə lazımi kapital yatırımları 20 mlrd. dollar təşkil edir.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" layihəsində hasilatın iştirakçı payına dair müqavilənin iştirakçıları BP (operator-25,5%), "StatoilHydro " (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%), və TRAO (9%) şirkətləridir.

Yataqda qaz hasilatı 2006-cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir.

2008-ci ildə Azərbaycanın Dövlət Neft Şirkəti öz qazının hasilatının arıtırlması proqramının reallaşdırılması nəticəsində, 8 mlrd. kubmetr qaz hasil etmək niyyətindədir.Bunun 7 mlrd. kubmetri "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin abunəçiləri arasında paylaşdırılmaq və elektrik stansiyalarında elektrik enerjisinin alınması üçün yanacaq kimi veriləcək.

Xəbər lenti

Xəbər lenti