...

Azərbaycanın Dövlət Neft Fondu material və avadanlıq reallaşdırır

Energetika Materials 10 Mart 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend / Azərbaycanın Dövlət Neft Fondu PSA tipli müqavilələr çərçivəsində, əcnəbi neft şirkətlərinin aktivləri qismində Fonda verilən avadanlıq və materialların satışı haqqında elan verib. Bu barədə Fondun məlumatında xəbər verilir.

Təklif olunan avadanlıq və materiallar arasında 51/2 düymlük kompressor nasos boruları, 30 düymlük birləşdirici borular, korroziyaya qarşı örtük və butonla örtülmüş tranzit üçün 6; 14; 16; 18; 22; 28; 30 düymlük borular, neft və qaz quyularının qazılmasını həyata keçirmək üçün çoxlu sayda elementlər, elektrik kabelləri və ehtiyat hissələri var.

Arzu edənlər bu ilin martın 20-dən Fonda müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti